Dünya

İranda minlərlə kürd küçələrə çıxdı - VİDEO

26 Sentyabr 2017 13:57
1 Şərh     Baxış: 3 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir.

Milli.Az xəbər verir ki, İran politoloqu Qadir Qorkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır.

Yerli KİV-inin məlumatına görə, yürüşlərdə, demək olar ki, İranın Kürdüstan əyalətinin 80% əhalisi iştirak edir. Hakimiyyət kürdlərə İraqdakı soydaşları ilə həmrəy olduqlarını və sevindiklərini bildirmələrinə mane olmayıb.

Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-ın "Böyük Yaxın Şərq" geosiyasi planının bir hissəsidir.

Qeyd edək ki, İraq Kürdüstanında keçirilən referendumun 93%-dən çox iştirakçısı bu regionun müstəqilliyi lehinə səs verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

акция в Иране

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.