Dünya

Xoşbəxtlikləri 1 ay çəkdi - Toydan sonra faciə - FOTO

26 Sentyabr 2017 14:09
4 Şərh     Baxış: 17 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ailə faciəsi yaşanıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Bursa şəhərində ərə getdikdən sonra bədbəxt hadisə nəticəsində xəstəxanaya düşüb 344 gündür müalicə alan gəlin həyatını itirib.

24 yaşlı Burçak Keskin ötən gün doğulduğu Samsun şəhərində torpağa tapşırılıb. 

Hadisə ötən ilin oktyabr ayında baş verib. Burçak ailə qurduqdan bir ay sonra marketə gedərkən tikinti işləri aparılan binadan başına iri taxta parçası düşüb. Burçak ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, 344 gün müalicə alsa da, həyatını itirib. Həkimlərin dediyinə görə, əri hər gün onun yanına gələrək əlindən tutub, ona dəstək olub.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.