Dünya

"ABŞ müharibə elan etdi" - Şimali Koreyanın XİN rəhbəri

25 Sentyabr 2017 22:28
0 Şərh     Baxış: 2 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Şimali Koreya arasındakı gərginlik daha da artıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho Nyu-Yorkda BMT-nin 72-ci sessiyasında açıqlamalar verib.

Donald Trampın son açıqlamalarını "ABŞ müharibə elan etdi" kimi şərh edən Ş.Koreya rəsmisi bundan sonra baş verə biləcək hadisələrin məsuliyyətini Amerikanın daşıyacağını bildirib:

"ABŞ təyyarələrini beynəlxalq hava məkanında vura bilərik. Bütün dünya bilməlidir ki, müharibə elan edən ilk tərəf ABŞ-dır. Bizim hər cür tədbiri görmək haqqımız var".

Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Şimali Koreyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.