Dünya

Nistelroyun "Manchester United"də kayerasını bitirən bu söz oldu

25 Sentyabr 2017 19:42
1 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə nəhəngi "Manchester United"in baş məşqçisi Aleks Fergyussonun 2006-cı ildə Nistelroyu satması böyük təəccüblə qarşılanmışdı.

Hər oyunda qol vuran, komandanın hücum xəttində əsas rol oynayan holland hücumçunun "Real Madrid"ə transferinin əsas səbəbi illər sonra ortaya çıxıb. Heç demə, atasını itirən Ronaldoya dediyi sözlər Nistelroyun "Manchester"dəki karyerasının bitməsi ilə nəticələnmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fergussonun "Manchester"də işlədiyi vaxt ona yaxın əməkdaşlardan olan Alester Kembel xatirələrini qələmə aldığı kitabda maraq doğuran bu məqama da yer verib.

"Sporting"də ulduzu parlayan Ronaldo  "Manchester"in heyətində öyrəşməyə, komanda yoldaşlarının rəğbətini qazanmağa çalışırdı. Baş məşqçinin portuqaliyalı köməkçisi Karlos Queroz ilə yaxşı münasibəti vardı. Burda, sözsüz ki, eyni dili danışıb, eyni mədəniyyəti bölüşməkləri mühüm rol oynayırdı.

Vaxt keçdikcə özünü ən yaxşı tərəfdən göstərməsi, yaxın zamanların ulduz futbolçusu olacağını şərtləndirirdi. Bu isə, klubdakı bəzi ulduz futbolçuları narahat etməyə başlamışdı. Ronaldo əvvəl Rayan Giqqsin hər oyundan sonra onun haqqında "bərbad oynadı" deməsini eşidirdisə, bir müddət sonra Nistelroy tərəfindən gözləmədiyi münasibətlə üzləşir.

Kempelin kitabında yer alan qeydə görə, xırdavatçı işləyən atasını itirən Ronaldo məşqdə həmyerlisi Karlos Queroz ilə söhbət edirmiş. Bu vaxt onlara yaxınlaşan Rud Van Nistelroy Ronaldoya "Deyəsən, özünə yeni ata tapmısan" deyib. Bu sözə çox əsəbləşən Queroz "bir az hörmətli davran" deyərək, Nistelroya xəbərdarlıq edib. Əvəzində isə, hollndiyalıdan gözlənilməz cavab alıb:

"Mən burdakı heç kimə hörmət etmirəm".

Nistelroy daha sonra üzr istəsə də, Ronaldo onu bağışlamayıb. Yaşanan bu hadisə klubun həmin vaxt baş məşqçisi kimi çalışan Ser Aleks Fergyussonun qulağına çatar. Bu hadisəyə çox əsəbləşən Ser Aleks hollandiyalının satılmasını istəyər. Nəticədə, PSV-dən 28,50 milyon avroya alınan Nistelroy yarı qiymətinə, cəmi 15 milyon avroya "Real"a satılar. 

Həmin dönəmdə, Fergyussonun bu davranışının yanlış olduğunu bildirənlərin sayı az deyildi. Ancaq o, bu hərəkəti ilə həm komanda yoldaşına hörmət etməyən futbolçunun sonunun nə olduğunu, həm də klubda kimin başçı olduğunu görtəmişdir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.