Dünya

Gömrükdə əməliyyat - 8600 ədəd siqaret aşkarlandı

25 Sentyabr 2017 17:09
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.