Dünya

Misir piramidalarının sirri tapıldı - 170 min tonluq daşları...

25 Sentyabr 2017 20:24
4 Şərh     Baxış: 7 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir piramidaları ilə bağlı çoxsaylı suallardan birinə cavab tapılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, piramidaları inşa etmək üçün 170 min tonluq qayalar süni kanal vasitəsilə gətirilib. Qayaları insanın açdığı süni kanallarla qayıq vasitəsilə daşıyıblar.

Bu günə qədər alimlər piramidaları inşa etmək üçün qayaların necə gətirilməsi ilə bağlı müxtəlif versiyalar səsləndiriblər. Məlum olub ki, 170 min qaya Nil çayında salınan süni kanal vasitəsilə daşınıb. Bu barədə məlumat qədim dövrə aid gündəliklər vasitəsilə ortaya çıxıb.

3 min il əvvələ aid gündəliyə əsasən 2.5 onluq kirəc daşı və qranit bloklar Nil Çayı vasitəsilə taxta qayıqlarla piramidanın (söhbət məşhur Xeops ehramından gedir-red.) inşa edildiyi əraziyə daşınıb. Qayıqlar iplə bir-birinə bağlanıb. Qədim Misirin mühəndisləri isə Nilin sahilindəki bir limandan piramidanın inşa edildiyi Gizzaya kanal açıblar.

Nəhəng daş bloklar bu kanal vasitəsilə 800 km-lik məsafədən əraziyə daşınıb. Bu iş üçün minlərlə insan cəlb edilib. Ümumilikdə 170 min ton daş əraziyə daşınıb. Arxeoloq Mark Lehner isə sözügedən kanalın layihəsini də tapdıqlarını qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.