Dünya

Tramp məşhur idmançılarla "savaş"a çıxıb - Onlara de ki, ayağa qalxsınlar! - FOTO

25 Sentyabr 2017 11:57
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp ABŞ himni ifa olunarkən diz üstə çökərək etiraz nümayişi keçirən oyunçular cəzalandırılmayana qədər azarkeşləri NFL Milli Futbol Liqasını boykot etməyə çağırıb.

İdman aləmi ilə Tramp arasında böyüyən qalmaqalın gedişində ABŞ prezidenti təkrar bildirib ki, milli himn çalınarkən ayağa qalxmayan oyunçular qovulmalı və ya çıxışlardan kənarlaşdırılmalıdır.

Milli.Az BBC-yə istinadən bildirir ki, prezident Trampın bu şərhləri pislənilərək "təhqiredici" və "ayrı-seçkilik yaradan" bəyanatlar kimi qiymətləndirilib.

Trampın şərhindən sonra ilk keçirilən "Jacksonville Jaguars" və "Baltimore Ravens" klubları arasında oyunda bir çox oyunçular və klub əməkdaşları himnin ifasını yenə də diz üstə qarşılayıblar.

NFL oyunları başlamamışdan əvvəl bazar günü prezident Trump paylaşdığı iki tvitində klublara çağırışını təkrarlayaraq, onları himnin ifası zamanı etiraz bildirən oyunçuları cəzalandırmağa çağırıb.

Keçən il ABŞ himni ifa olunduğu zaman ayağa qaxmamaqla etirazını ilk bildirən oyunçu Kolin Kapernikk olub.

Trampın cümə günü etdiyi şərhlər geniş tənqidə səbəb olub.

NFL sədri Rocer Qudell bəyanatında deyib ki, "ədavət yaradan bu şərhlər, təəssüf ki, hörmətsizlikdən xəbər verir".

Prezident Tramp isə bu tənqidə növbəti tviti ilə cavab verib: "Onlara de ki, ayağa qalxsınlar".

NFL Oyunçular Assosiasiyası qurumunun prezidenti Erik Uinston isə deyib ki, Donald Trampın şərhləri "keçmişin və indinin insan haqları qəhrəmanlarının üzünə vurulan şillədir".

Prezident Tamp, eləcə də basketbol çempionluğunu qazanan "Golden State Warriors" klubuna göndərdiyi Ağ Evə dəvətini ləğv etdiyinə görə tənqid olunub.

Tramp bu addımı oyunçulardan biri, Stiven Karri Ağ Evə getməyəcəyini bildirəndən sonra atıb.

NBA ABŞ basketbol liqasının 2015-ci ildə ən yaxşı oyunçusu kimi tanınan Stiven Karri deyib ki, Ağ Evə getməməklə o və digər oyunçular Trampın bəyanatlarını dəstəkləmədiklərini və lazım olan anda ehtiyac duyulan sözləri demədiyinə görə ona etirazlarını bildirmək istəyirlər.

Bundan sonra isə Tramp Twitter-dəki akkauntunda yazıb: "Ağ Evə dəvət olunmaq çempionluq qazanmış komanda üçün böyük şərəf sayılır. Stiven Karri tərəddüd edir. Buna görə dəvətnamə geri çağırılıb".

"Golden State Warriors" klubu isə bildirib ki, komanda "Ağ Evə dəvət olunmadığını anlayır",  lakin oyunçular Vaşinqtona öz təşəbbüsü ilə səfər edəcək və "bərabərliyi, müxtəlifliyi və birliyi bayram edəcəklər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.