Dünya

İsveçrədə hava satmağa başladılar

24 Sentyabr 2017 16:17
4 Şərh     Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə dağ havasını xaricə satmağa başlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, satışa başlayan Swiss Alpin Air startapı bununla dünyanın daha çox çirklənmiş şəhərlərini təmiz hava ilə təmin etməyə ümüd edir.

"Hər il Alp dağlarına ruhlandıran görüntülərdən həzz almaq və tər-təmiz dağ havası ilə nəfəs almaq üçün turistlər gəlir. Bu sadəcə bizdə olan təmiz havanın ixracıdır. Biz artıq isveçrə suyunu, şokoladını və pendirini satırıq. Niyə də təmiz havanı ixrac etməyək", - deyə istehsalın yaradıcıları izah edir.

Hava internet saytında 7-litrlik qablaşdırmada satılır. Bu hava 120 dəfə nəfəs almaq üçün kifayət edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.