Dünya

Bu gün Almaniyada parlament seçkiləri keçirilir

24 Sentyabr 2017 09:14
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Almaniya parlamenti - Bundestaqa yerlər uğrunda seçkilər keçiriləcək. 

Milli.Az report.az-a istinadən bildirir ki, seçkilərin nəticəsində yeni hökumət formalaşacaq, yeni kansler təyin ediləcək.

Hazırkı kansler, XDİ/XSİ partiyasının sədri Angela Merkel yenidən bu postu tutmağa ən real namizəd sayılır.

Seçkilərdə 61.5 milyon almaniyalı iştirak edəcək. Onlardan üçdə biri poçt vasitəsi ilə səsvermə hüququndan istifadə edəcək. Seçici səsləri uğrunda 42 partiya mübarizə aparacaq. 
Səsvermə məntəqələri səhər saat 08:00-dan 18:00-dək açıq olacaq. (Bakı vaxtı ilə saat 10:00-dan 20:00-dək).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.