Dünya

"Şimali İraqda referendum ləğv edilməsə, ciddi nəticələri olacaq"

23 Sentyabr 2017 15:15
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraqın şimalındakı referendum ləğv olunmasa, bunun ciddi nəticələri olacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin baş müşaviri və sözçüsü İbrahim Kalın deyib.
 
İ.Kalın bildirib ki, kürd muxtariyyətinin rəhbərliyi bu böyük xətadan dərhal geri dönməlidir.
 
Xatırladaq ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyəti ərazisində müstəqillik barədə ümumxalq səsverməsi keçiriləcək. Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 22-də keçirilən toplantısında bu referendum qanunsuz elan edilib və baş tutacağı halda, Ankaranın beynəlxalq və ikitərəfli müqavilələrdən irəli gələn hüquqlarından istifadə edəcəyi bildirilib. Türkiyə Silahlı Qüvvələri hazırda İraqla həmsərhəd ərazidə hərbi təlim keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.