Dünya

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

23 Sentyabr 2017 14:50
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu referendum qərarı yanlış qərardır, macəradır. Qonşu ölkə olaraq dostyana lazımi xəbərdarlıqları etdik. Anaq görürük ki, bu xəbərdarlıqlara məhəl qoyulmur. Bütün dünyanın qarşı olduğu və qonşulardan heç birinin istəmədiyi bir yanlışlığı israrla davam etdirməyin sonu xeyirli olmaz. Bunun əlbəttə ki, əvəzini ödəyəcəklər, amma məsumlar deyil, qərarı verənlər ödəyəcək".  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Binəli Yıldırım deyib. O bildirib ki, Türkiyə ərazi bütövlüyünə, vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan hər hansı macəraya imkan verməyəcək: "Bu məsələ kürd qardaşlarımızın məsələsi deyil. Kürd qardaşlarımızın həm bizim ölkəmizdə, həm də qonşu ölkələrdə sülh, sabitlik içərisində yaşamalarını arzu edirik".

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçiriləcək. Türkiyə bu referendumun dayandırılmasını tələb edərək əks təqdirdə buna qarşı lazımi addımlar atacağını bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.