Dünya

Donetskdə separatçı "nazir"in avtomobili partladıldı

23 Sentyabr 2017 13:05
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, separatçı "Donetsk Xalq Respublikası"nın gəlirlər və yığım "naziri" Aleksandr Timofeyevə sui-qəsd edilib. Onun avtomobili partladılıb. Nəticədə A. Timofeyev kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Şəhərin Sülh prospekti ilə Ulrix küçəsinin kəsişməsində baş verən hadisə zamanı daha 7 nəfər xəsarət alıb.  
 
Qeyd edək ki, "Saşa Taşkent" ləqəbi ilə məşhur olan A. Timofeyev Donetsk aeroportunda Ukrayna ordusu ilə ağır döyüşlər aparan "Oplot" hərbi dəstəsinə rəhbərlik edib. Qondarma respublikanın elan edilməsindən sonra o, gəlirlər və yığım naziri, 2016-cı ildə isə həm də baş nazirin müavini təyin olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.