Dünya

Uzunömürlülüyün ən sadə yolu - həkimlərdən AÇIQLAMA

22 Sentyabr 2017 20:42
3 Şərh     Baxış: 2 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Makmaster universitetinin alimləri geniş miqyaslı araşdırma aparıblar.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, nəticələrə əsasən, həftədə 5 gün 30 dəqiqə fiziki aktivlik ömrü uzadır.

Tədqiqatda 17 ölkədən 130 min insan iştirak edib. Onların həftə ərzində neçə saat fiziki hərəkətlə məşğul olduğu müəyyənləşdirilib. Alimlər 7 il ərzində onların sağlamlıq vəziyyətini müşahidə ediblər. Məlum olub ki, həftə ərzində 150 dəqiqə sürətli yürüşə vaxt ayıranlarda ürək-damar sistemi xəstəlikləri və vaxtından əvvəl ölüm riski 28 faiz azalıb.

Bununla yanaşı qeyd edilir ki, qaçmaq və idmanın digər növləri ilə məşğul olmaq məcburiyyəti yoxdur. Ev işləri və işə piyada getmək də kifayət edir.

Ümumdünya səhiyyə təşkilatı 18-64 yaş arası insanlara həftədə ən azı 150 dəqiqə fiziki hərəkətlə məşğul olmağı tövsiyyə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.