Dünya

Türkiyə-Suriya sərhədində divarın tikintisinin başa çatacağı vaxt açıqlandı

22 Sentyabr 2017 17:24
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə-Suriya sərhədində divarın tikintisi sentyabrın sonunda başa çatacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, divarın ümumi uzunluğu 828 kilometr təşkil edəcək. Divarın hündürlüyü 3 metr, eni isə 2 metrə bərabərdir.

Xatırladaq ki, sərhəd boyunca divarın tikintisinə 2015-ci ildə başlanılıb. Bundan başqa sərhəddə təhlükəsizlik məqsədilə digər tədbirlər də görülüb - nəzarət qüllələri ucaldılıb, əlavə heyət cəlb olunub.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədinin uzunluğu 911 kilometrdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.