Dünya

Alveş Kavani və Neymarı barışdırmağa çalışır

22 Sentyabr 2017 18:30
1 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin müdafiəçisi Dani Alveş komanda yoldaşlarını şam yeməyinə dəvət edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mərasimin təşkil olunmasında məqsəd Edinson Kavani və Neymarı barışdırmaqdır. Bütün futbolçular bu təklifə müsbət cavab veriblər.

Fransa Liqasının 6-cı turunda keçirilən PSJ - Liyon qarşılaşmasında (2:0) Kavani və Neymar arasında konflikt baş vermiş və tərəflər mübahisəni paltardəyişmə otağında da davam etdirmişdilər. İspaniya mətbuatı bundan sonra "sambaçı"nın rəhbərlikdən Kavanini satmağı xahiş etdiyini yazırdı. Ötən gün baş tutan məşqdə isə Neymar komanda yoldaşlarından üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.