Türkiyə Superliqasında geridə qalan 5 turdan sonra turnir cədvəlinə başçılıq edən "Qalatasaray" statistika baxımından da rəqiblərini geridə qoyur.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Cim bom" 13 qol, 2230 dəqiq ötürmə, 85% dəqiqlik göstəricisi ilə birincidir. "Sarı qırmızılar" rəqibin cərimə meydançasında topa ən çox toxunan komandadır. Komanda 5 oyuna 109 dəfə bunu bacarıb Topa ən çox toxunan futbolçuların sırasında isə "Galatasaray"dan Fernando (472) və Belhanda (404) yer alır.
Milli.Az