Dünya

DƏHŞƏT: Həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - VİDEO - FOTO

22 Sentyabr 2017 22:06
3 Şərh     Baxış: 4 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bursada dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, ailə faciəsində 8 aylıq hamilə qadın bətnindəki körpə ilə birlikdə həyatını itirib. İkinci dəfə ailə quran İsmanperi A. ilk nikahdan olan uşaq üstündə həyat yoldaşı Nurettin A. ilə mübahisə edib. Özünə nəzarəti itirən İsmanperi bıçaqla həyat yoldaşını ayağından yüngülcə yaralayıb. Gözü dönən Nurettin bıçağı götürərək hamilə yoldaşına bir neçə zərbə vurub.

Səs-küyü eşidən qonşular dərhal polisə xəbər verib. Polis cinayətkarı hadisə yerində yaxalayıb. Yaralı qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bətnindəki körpə də oksigen çatışmazlığından ölüb.
Polis hadisəylə bağlı araşdırma aparır. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

DƏHŞƏT: Həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.