Dünya

Fatih Terim pulunu istəyir

22 Sentyabr 2017 20:06
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim yerli futbol federasiyasına xəbərdarlıq edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis vəzifəsindən müqaviləsi bitmədən göndərildiyi üçün təzminat tələb edir.

2013-cü ildə imzaladığı 5 illik müqaviləyə əsasən, Terimin illik qazancı 3,5 milyon avro olub. Bitiminə 16 ay qalmış müqaviləsi birtərəfli qaydada pozulan təcrübəli mütəxəssis 12 aylıq alacaqlarını tələb edib.

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənlə Terim arasında iyulun 26-da keçirilmiş görüşdə müqavilənin birtərəfli qaydada pozulması qarşılığında 3,5 milyon avro təzminat ödənilməsinə dair razılıq əldə olunub. Aradan keçən 2 ay keçsə də ona hər hansı ödəniş edilməyib.

Qeyd edək ki, Fatih Terimə müqavilə üzrə qalan borc 4,66 milyon avrodur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.