Dünya

7 yaşlı qızı zorlayıb öldürən İsmayıl Cəfərzadə edam edildi - FOTO

21 Sentyabr 2017 23:29
28 Şərh     Baxış: 20 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7 yaşlı Atina Əslaninin qatili, 42 yaşlı İsmayıl Cəfərzadə bu gün Parsabad şəhərində edam edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,qatilin edamı ölkənin dövlət televiziyası ilə birbaşa yayımlanıb.

Ötən il Ərdəbilin Parsabad şəhərində zorlandıqdan sonra qətlə yetirilən Atina Əslaninin qatili, "Parsabad şeytanı" ləqəbi ilə tanınan İsmayıl Rəngrəz (Cəfərzadə) sentyabrın 21-də səhər Atinanın valideyinləri və Parsabad sakinlərinin gözü qarşısında edam edilib.

Məlumata görə, İranın Ali Məhkəməsi İsmayll Rəngrəzi Atina Əslanini oğurlamaqda, zorlamaqda və qətlə yetirməkdə günahkar bilərək, ötən ay barəsində edam hökmü verib.

Qeyd ədək ki, məlum hadisə Parsabad və Ərdəbil sakinlərinin hiddətinə səbəb olub. İsmayıl Rəngrəzin günahı sübut edildikdən sonra əyalət sakinləri hökümətdən onun tez bir zamanda edam olunmasını tələb etmişdilər.

Ərdəbil əyalətinin prokuroru Naser Atabati bildirib ki, edamı bu cür ictimai nümayiş etdirməkdə məqsəd vətəndaşların təhlükəsizliyə inamını bərpa etmək olub.

Məlumatda o da vurğulanır ki, bu cinayət İran sakinlərini o qədər şoka salmışdı ki, prezident Həsən Ruhani onu "dəhşətli" adlandırmış və qatili təcili mühakimə etməyə çağırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.