Dünya

Şirkətin vitse-prezidenti intihar etdi

21 Sentyabr 2017 18:54
1 Şərh     Baxış: 1 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Korea Aerospace Industries" (KAI) hərbi sənaye şirkətinin vitse-prezidenti Kim İn Sikin meyiti cümə axşamı yaşadığı mənzildə tapılıb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, o, intihar edib.

Yerli KİV yazır ki, xaricdə KAI-nin biznesinə nəzarət edən Hərbi Hava Qüvvələrinin sabiq generalı Kim İn Sik ölümündən əvvəl məktub yazıb. Məktubda o, şirkətin problemlərini həll edə bilmədiyi üçün üzr istəyir.

KAI şirkətinın adı yayda böyük bir korrupsiya qalmaqalında hallandırılıb, lakin Kim İn Sik prokurorluğun diqqətində olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.