Dünya

Ermənistan sərhədini keçən türk çobanın həbsi

20 Sentyabr 2017 19:00
1 Şərh     Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə-Ermənistan sərhədini keçən türk çoban rus sərhədçilər tərəfindən saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə Ermənistanın Yeheqnavan rayonunun Artaşat sərhəd ərazisində baş verib.

Ermənistan Sərhəd Xidmətindən verilən məlumata görə, 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı yeni sistem sayəsində bir neçə dəqiqə ərzində saxlanılıb.

Lakin çoban günahsız olduğunu və sərhədi bilməyərəkdən keçdiyini deyib. İğdır bölgəsində yaşayan çoban heyvanları üçün yeni otlaq sahəsi axtarırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.