Dünya

Kataloniyada gərginlik artır

20 Sentyabr 2017 15:37
1 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın baş prokuroru Xose Manuel Masanın tapşırığı ilə bu gün Kataloniya vilayətindəki 712 bələdiyyə sədrinin ifadələrinin alınmasına başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, lakin muxtar vilayətdə mərkəzi hakimiyyət tərəfindən "qanunsuz" elan olunmasına baxmayaraq, oktyabrın 1-nə planlaşdırılan müstəqillik haqqında referendumun baş tutmasına çalışacaqlarını bəyan edən və barələrində istintaq tədbirləri davam edən həmin bələdiyyə sədrləri ifadə verməkdən imtina ediblər.

Bu gün 3 bələdiyyə sədri Barselona və Leridadakı prokurorluq binalarına daxil olsa da, prokurorun suallarını cavabsız qoyub. Müstəqillik tərəfdarları binanın qarşısına toplaşaraq onlara dəstək şüarları səsləndiriblər.

Müstəqil Bələdiyyələr Dərnəyi (AMI) bəyan edib ki, digər bələdiyyə rəhbərləri də eyni addımı atacaqlar.

Kataloniya administrasiyasına dəstək verən radikal solçu Xalq Namizədliyi Birliyi Partiyası (CUP) da 30-a qədər bələdiyyə sədrinin prokurorluğa belə getməyəcəyini açıqlayıb.

948 bələdiyyənin olduğu Kataloniyada referenduma dəstək verməyən və əksəriyyəti Kataloniya Sosialist Partiyasından (PSC) olan bələdiyyə rəhbərlərinə qarşı təzyiqlərin artdığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.