Dünya

Linkolnun heykəlini çızmış gənci 10 illik həbs gözləyir - FOTO

20 Sentyabr 2017 13:23
2 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnın Vaşinqtondakı heykəlini çızmış Qırğızıstan vətəndaşı saxlanılıb. Onun qəpiklə postamentə öz adını cızdığı bildirilir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb.

Hadisə sentyabrın 18-də baş verib. 21 yaşlı Nurtilek Bakirov ABŞ hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Onun bu hərəkəti vandalizm kimi qiymətləndirilib və buna görə 2000 dollar cərimə ödəyib.

Əgər gəncin günahı məhkəmə tərəfindən sübuta yetirilərsə, Nutrilek Bakirovu 25 min dollara qədər cərimə və 10 ilədək həbs cəzası gözləyir. O, hələlik azadlığa buraxılıb, lakin oktyabrın əvvəlində məhkəmə toplantısında iştirak etməlidir.

Hadisə ilə bağlı Qırğızıstanın Vaşinqtondakı səfirliyi də məlumat yayıb. Səfirlikdən heykəli cızmış gəncə hüquqi yardım ediləcəyi bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.