Dünya

Dünya çempionunu öldürən Anardan XƏBƏR VAR

20 Sentyabr 2017 12:57
5 Şərh     Baxış: 3 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək. 

"Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.

Xatırladaq ki, dünən axtarışda olan A.Allahverənov könüllü hüquq-mühafizə orqanlarına təslim olub.

A.Allahverənov dava zamanı Draçovun öldürülməsində ittiham olunur. Hadisə avqustun 20-də Xabarovskda kafelərdən birində baş verib. Gənc oğlan hadisədən dərhal sonra qaçıb və beynəlxalq axtarışa verilib. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.