Dünya

Neymar klub prezidentinə müraciət etdi: "Kavanini satın..."

20 Sentyabr 2017 13:03
13 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın futbolçuları Edinson Kavani Neymar arasında yaşanmış insidentə biganə qalmayıb, qətərli biznesmen Neymarla görüşüb.
 
Fransa çempionatının VI turunda "Lion"la matçda (2:0) bu iki futbolçu arasında cərimə zərbələrini və penaltini yerinə yetirməklə bağlı narazılıq yaşanmışdı. 80-ci dəqiqədə parislilərin qazandığı penaltini Neymar dəyərləndirmək istəsə də, Kavani buna imkan verməmişdi. Topa yaxınlaşan uruqvaylı hücumçunun həmləsi isə dəqiq olmamışdı. Hakimin final fitindən sonra Neymar paltardəyişmə otağında Kavani ilə mübahisəni davam etdirmişdi. Tərəflərin əlbəyaxa davaya keçməsinə kapitan Tiaqo Silva imkan verməmişdi.
 
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Nasser Əl-Xelaifinin qəbul etdiyi Neymar klubun prezidentinə Kavanidən gileylənib. "Sambaçı" PSJ-nin rəhbərindən Uruqvay yığmasının üzvünün satılmasını tələb edib. Lakin Əl-Xelaifi onun istəyinə qarşı çıxıb və bunu etməyəcəyini bildirib. Bundan əlavə, PSJ-nin prezidenti cərimə zərbələri və penalti məsələsində də Kavaniyə dəstək olub. O, 30 yaşlı forvardın bundan sonra da komandada ştatlı penalti ifaçısı olacağını deyib.
 
Klub prezidentinin Kavaniyə dəstəyindən sonra Neymarın hansı addımı atacağı maraq doğurur.
 
Qeyd edək ki, Neymar PSJ-yə bu il 222 milyon avro qarşılığında "Barselona"dan keçib. Kavani isə 2013-cü ildən parislilərin uğurları üçün çalışır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.