Dünya

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 226-ya çatdı - YENİLƏNİB - VİDEO

20 Sentyabr 2017 10:17
0 Şərh     Baxış: 1 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:17

Meksikada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.

Milli.Az-ın "RİA Novosti"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente özünün "Twitter" mikrobloqunda yazıb. 

Onun sözlərinə görə, ən çox ölüm halı Mexikoda qeydə alınıb - 117 nəfər. 

---------

09:51

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. 

Milli.Az xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 224-ə çatıb.

----------

08:04

Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin xilasetmə xidmətinin başçısı Felipe Punte Twitter səhifəsində yazıb.

55 nəfər Morelos, 32 nəfər Puebla, 10 nəfər Mexiko və 3 nəfər Qerrero ştatlarında ölüb. Daha 49 nəfər isə ölkənin paytaxtı Mexiko da həlak olub.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib.

Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə baş verib. Ocağı 60 km dərinlikdə olub.

---------

07:58

Meksikanın Morelos ştatında zəlzələ nəticəsində azı 42 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ştatın qubernatoru Graco Ramirez Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Meksikada güclü zəlzələ

Землетрясение в Мексике: жертв уже более 200

Камера сняла, как женщину чуть не придавило во время землетрясения в Мексике

Жертвами обрушения школы в Мехико стали 24 человека

Meksikada 2 zəlzələ: vulkan püskürdü, 149 ölü

Куда бежать: очевидцы засняли на видео панику из-за землетрясения в Мексике

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.