Dünya

Ondan ayrılan sevgilisinə görüntülü zəng edib intiharını izlətdi - Meşədə DƏHŞƏT - FOTO

19 Sentyabr 2017 17:55
3 Şərh     Baxış: 3 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada avtomobil təmiri sexində çalışan 27 yaşlı Mustafa Gökçe ondan ayrılan sevgilisinə ömrünün sonuna kimi unuda bilməyəcəyi şok yaşadıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, olay bugün səhər saatlarında meşəlik sahəsində qeydə alınıb.

İdarə etdiyi avtomobillə meşəlik sahəyə gedən Gökçe burada intihar üçün hazırlıq görərkən, bir yaxınına zəng edərək intihar etməyə hazırlaşdığını deyib. Gökçe sonra avtomobilin üzərinə çıxaraq ağaca bağladığı ipi boynunu keçirib.

Mustafa bu məqamda onu tərk edən sevgilisinə WhatsApp-dan görüntülü zəng edib. Qızla görüntülü bağlantı quran Gökçe avtomobilin "kapot"undan özünü boşluğa atıb. 

Gökçenin qohumunun xəbərindən sonra verilən ünvana gedən polislər Mustafa Gökçeni ağacdan asılı vəziyyətdə görüblər. Çağırılan təcili yardım briqadası Gökçenin öldüyünü müəyyən edib. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.