Dünya

Estoniya təhlükə ilə üz-üzə - Afrika taunu aşkar edilib

19 Sentyabr 2017 17:01
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın Baytarlıq Qida Departamenti ölkənin cənub-qərbində Oru kəndində fermaların birində donuzlarda Afrika taunu xəstəliyini aşkar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, departament rəsmisi bununla əlaqədar 6,8 min heyvanın məhv ediləcəyi barədə xəbər yayıb.

Departamendən bildiriblər ki, xəstəlik qeydə alınmış zonalarda karantin elan olunub, heyvanlar öldürülür, obyekt dezinfeksiya edilir.

Məlumata görə, xəstəliyin ferma ərazisinə düşməsi, heyvanların xəstələnməsi faktı epidomoloji cəhətdən araşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.