Dünya

İsraildə üzərində "Əliyyən Vəliyyullah" yazılmış 2 min qızıl sikkə tapıldı - VİDEO

19 Sentyabr 2017 15:25
7 Şərh     Baxış: 2 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail arxeoloqları Aralıq dənizində qazıntılar zamanı xəzinə tapıblar. Xəzinə, əsasən, üzərində "La İlahə İlləllah, Muhəmmədən Rəsulullah, Əliyyən Vəliyyulah" şəhadət kəlmələri həkk olunmuş qızıl dinarlardan ibarətdir.

Milli.Az islaminsesi.info-ya istinadla xəbər verir ki, arxeoloqlar bu xəzinənin 909-1171 ci illərdə Misir və Şimali Afrikada hakimiyyətdə olmuş Fatimilər dövlətinə aid olduğunu deyirlər.

Məlumata görə, xəzinə hazırda İsrailin nəzarətində olan (Fələstinin qədim şəhərlərindən biri) Qisariyyə şəhərinin Aralıq dənizi sahillərində tapılıb.

Xəzinədə belə dinarlardan 2 min ədəd olub.

Qeyd edək ki, bu artıq ikinci dəfədir ki, İsrail arxeloqları Aralıq dənizində Fatimilər dövrünə aid sikkələrdən ibarət xəzinə tapırlar.

Xatırladaq ki, ilk belə xəzinə 2015-ci ildə aşkar edilmişdi.

İsrailli arxeoloq Robert Kul: "Fatimilər dövləti varlı bir imperiya idi. Onlarda pul vahidi qızıldan bəzən də gümüşdən olurdu. Bildiyimzə görə, 12-ci əsrdə Fatimilər dövlətinin xəzinəsində 12 milyon dinar var olub. Onlar çox varlı idilər. Nəhəng imperiyanı idarə edirdilər. Bu məsələ diqqətdə saxlanılmalıdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İsraildə üzərində "Əliyyən Vəliyyullah" yazılmış 2 min qızıl sikkə tapılıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.