Dünya

Cütlük əl-ələ intihar etdi - Film kimi hadisə - FOTO

19 Sentyabr 2017 13:08
4 Şərh     Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə ərlə arvad əl-ələ intihar edib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, evlərindən 63 yaşlı Meri Lauson və 50 yaşlı əri Seanın cəsədi tapılıb.

Hakim Leaminqtondakı "Warwickshire Justice Centre"-da keçirilən məhkəmədə açıqlayıb ki, Sean intihar etməzdən öncə polislərə əvvəlcədən vaxtı qurulmuş və "üzr istəyirəm" başlıqlı email göndərib.

Emailin mətnində isə qeyd olunub: "Siz bu emaili oxuyursunuzsa, deməli, biz artıq dünyadan köçmüşük".

Polis emailin göndərildiyi ünvana çatanda cütlüyün yataqda olan cəsədlərini tapıb. Onların cəsədlərinin əl-ələ olması polisləri kövrəldib.

Qeyd edək ki, Meri bir il öncə iflic olmuşdu və hərəkət edə bilmirdi.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.