Dünya

Ermənistan diasporunun nümayəndəsi: "Ermənistan hakimiyyəti tamahkar və acgözdür"

19 Sentyabr 2017 11:01
1 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda hakimiyyət hədsiz dərəcədə xəsislik edir və ölkədəki mövcud vəziyyət prezident Serj Sarqsyanı, eləcə də başqa məmurları silkələməlidir.

Mili.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ-dakı erməni diasporunun nümayəndəsi Zare Palyan sentyabrın 18-də Yerevanda başlayan VI "Ermənistan-Diaspo" forumundakı çıxışı zamanı bildirib.

"Hakimiyyət tamahkardır. Bitib-tükənməyən acgözlük kampaniyası başlayıb və bu dayanmaq bilmir. Əlbəttə, bunları dəyişmək olar. Ancaq Ermənistanla bağlı belə təəssürat yaranır ki, elə bil bir qrup qayıqla buralara gələrək, acımadan yerli əhalinin çapıb, talayıb. Elektrik enerjisinin qiymətini qaldırırlar. Bu nə deməkdir? Çünki onların yeni ideyası yoxdur. Kommunal xərclərin qiymətini qaldırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ermənistan hakimiyyətinin dəyişiklik etmək üçün ideyası yoxdur. Onların bu əməlləri nəticəsində əhali Ermənistanı tərk edir. Onlar əlindən gələni edir ki, əhali ölkəni tərk etsin. Katalikos I Aramın dedikləri erməni xalqının ürəyindəndir. Ancaq Serj Sarqsyan və ermənilərin katalikosu II Qareqenin dedikləri isə aydın deyildi. Mən onlardan həqiqəti deyəcəklərini gözləmirəm", - deyə Palyan vurğulayıb.

"Diaspor nümayəndələri Ermənistan hökumətinə inanırmı, ölkəyə sərmayə qoya bilərmi" sualına cavabında o deyib: "Etibar və etimad sıfırdır. Onlar talan edir. Bu şikayətlərə məhkəmədə baxılmır. Mənim Ermənistanda 4 biznes obyektim var. Onların elə bahalı da deyillər. Hər birinin dəyəri 30 min dollardır. Bu obyektlər qazanc gətirməkdənsə, məni qarət edir. Məhkəmə bununla bağlı ədaləti nə vaxt təmin edəcək?"

Məlumata görə, Zare Palyan diqqəti Ermənistan hakimiyətində təmsil olunanların bioqrafiyasına da çəkib: "Dövlət vəzifəsinə talançılar təyin olunur. Bu faciədir. Mən naziri öz cibinə deyil, xalqın rifahına işləməyə necə məcbur edə bilərəm? Ermənistanda düz adama "özündən razı", "lənətlənmiş axmaq" deyirlər. Pul-para xatirinə hər işi görənlər isə istedadlı, bacarqılı sayılırlar.
Belə bir vəziyyət bizi hara sürükləyir?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.