Dünya

Ana balasını əyləncəsinə qurban verdi - Polislər dəhşətə gəldilər - FOTO

19 Sentyabr 2017 11:10
11 Şərh     Baxış: 4 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşağını acından öldürən ananı 10 il müddətinə həbs gözləyir.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Rusiyada 9 aylıq uşağını tək qoyub dostları ilə 1 həftəlik qonaqlığa gedən qadın saxlanılıb.

17 yaşında ana olan Viktoriya Kuznetsova adlı qadının 10 il müddətinə həbs olunması tələb olunur.

Bir neçə gündür Viktoriya və uşağını görməyən qonşular narahat olublar. Onlar polisə xəbər veriblər. Polis Viktoriyanın yaşadığı evə gedəndə dəhşətə gəlib. Onlar uşağın cəsədini tapıblar. Uşağın acından öldüyü məlum olub.

Qeyd edək ki, Viktoriya dostlarına uşağını xalasının yanına qoyduğunu deyib. O, uşağı acından ölərkən sosial şəbəkədə əylənərkən şəklini də çəkib yükləyib.

Viktoriya Kuznetsova məhkəməyə çıxarılıb. O, səhvini boynuna alıb. Viktoriya 10 il müddətinə azadlıqdan məhrum ediləcək.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.