Dünya

İranda dəhşətli terrorun qarşısı alındı - FOTO

18 Sentyabr 2017 11:01
2 Şərh     Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bomba partlamamışdan öncə zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bomba yolun kənarında saxlanılmış avtomobilin altında quraşdırılıb, ətrafına isə qum kisələri düzülüb.
 
Avtomobilin altında bomba olması barədə məlumatı polisə vətəndaşlar çatdırıb. 
 
Hadisə yerinə polis, SEPAH qüvvələri və yanğınsöndürənlər gəlib. 
 
Əhali hadisə yerindən uzaqlaşdırılıb, bomba uzaqdan idarə olunan robot vasitəsilə  avtomobilin altından çıxarılıb və təhlükəsiz yerə aparılaraq partladılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.