Dünya

Gürcüstanda etiraz aksiyaları başlayıb

17 Sentyabr 2017 20:19
0 Şərh     Baxış: 2 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin müxalif Vətənpərvərlər Alyansı Partiyası Tbilisidə "Qızılgül inqilabı" meydanında kütləvi etiraz aksiyası keçirib.
 
Aksiya iştirakçıları konstitusiya islahatlarının həyata keçirilməsi, Rusiya ilə dialoqun başlanması və sosial problemlərin həll olunmasını tələb ediblər.
 
Bəzi etirazçılar aclıq aksiyasına başlayıb. Partiyanın liderlərindən biri, parlamentin vitse-spikeri və Tbilisi meri vəzifəsinə namizəd İrma İnaşvili analoji etiraz aksiyalarının davamlı olacağını bildirib. İ.İnaşvili partiyanın Gürcüstanın Rusiya ilə yeni münasibətlərə başlamasının da tərəfdarı olduğunu deyib: "Bunun üçün Rusiya ilə dialoq lazımdır. Dialoqa alternativ yoxdur".
 
Aksiya Azadlıq meydanına qədər "Yaşasın Gürcüstan" şüarı ilə yürüşlə davam etdirilib. Partiya Tbilisi ilə yanaşı etiraz aksiyalarını Batumidə də keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.