Dünya

BMT-də beynəlxalq vasitəçilər qrupu yaradılıb

13 Sentyabr 2017 22:55
0 Şərh     Baxış: 286

BMT-nin baş katibi Antoniu Quterres qurum nəzdində yüksək səviyyəli beynəlxalq vasitəçilər qrupunun yaradıldığını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, komissiya 18 üzvdən ibarətdir.

Onların arasında Çili prezidenti Mişel Baçelet, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Qırğızıstanın eks-prezidenti Roza Otunbayevanın adları var.
 
Məlumata əsasən, qrup dünyada diplomatiyanın yüksəlməsi, BMT-nin diplomatiya sahəsində imkanlarının artırılması məqsədilə təsis edilib.
 
"Mən qrup üzvlərindən məsləhətlər gözləyəcəyəm, onların bütün vasitəçilik səylərini dəstəkləyəcəyəm. Əminəm ki, qrup bizə regional təşkilatlar, dünya üzrə vasitəçilik fəaliyyəti ilə məşğul olanlarla daha səmərəli işləməyə kömək edəcək", deyə A.Quterreş bildirib. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.