Dünya

"Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır"

13 Sentyabr 2017 21:45
1 Şərh     Baxış: 453

BMT-nin baş katibi Antoniu Quterreş Myanmar hökumətini ölkədə hərbi əməliyyatlara və Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş katib bəyan bildirib ki, hazırkı vəziyyət regionu böhrana sürükləyir.

"Myanmarda humanitar vəziyyət fəlakət həddindədir", A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.
 
Qeyd edək ki, avqustun sonunda "Arakan Rohinca Qurtuluş Ordusu" qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.  

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    7607 · 14 Sentyabr 10:2600

    Son qoyulmalıdır və onlar geriyə, evlərinə dönməlidirlər!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.