Dünya

General Rüstəm Muradov İŞİD-i necə darmadağın edir? - FOTO

13 Sentyabr 2017 17:19
12 Şərh     Baxış: 5 421

Suriyada Bəşər Əsəd qüvvələri mühasirədən azad edilmiş Deyr-əz-Zor şəhərində İŞİD dəstələrini sıxışdırmaqda davam edir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, briqada generalı Əl-Həsən Suheylin başçılıq etdiyi qüvvələr daha bir istiqamətdən mühasirəni yararaq Fərat çayı sahilinə çıxıblar. Hazırda şəhərin İŞİD-çilərdən təmizlənməsi əməliyyatı gedir. İŞİD-in şiddətli əks-hücumlarına, intensiv şəkildə terrorçu-kamikadzelərdən istifadə etməsinə baxmayaraq Rusiyanın güclü dəstəyi sayəsində Əsəd qüvvələri Deyr-əz-Zor şəhərinin şimal və cənub kvartallarını nəzarət altına alıblar.

Rusiya silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri isə Fərat çayının sol sahilində döyüşlər aparır, habelə artilleriya atəşini korrektə edir və aviasiyanın vuracağı hədəflərin koordinatlarını verir.

Amerikanın dəstəklədiyi , əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri də Deyr-əz-Zora Fərat çayının sol sahili istiqamətindən hücum edirlər. Bildirilir ki, Rusiya hərbçiləri amerikalıları şəhərin ətrafındakı 30 kilometrlik zonanın uçuşa qadağan zonası olduğu haqda xəbərdarlıq ediblər. Habelə onlar Fərat çayının sol sahilindən 30 kilometrlik zolaq ayıraraq onu İraqın şimal sərhədlərinə qədər uzadıblar və xəbərdarlıq ediblər ki, həmin zolaqda Amerika hərbçiləri ilə onların dəstəklədiyi qüvvələrin fəaliyyəti yolverilməzdir. Suriya Demokratik Qüvvələrinin dəstələri bu xəbərdarlığa baxmayaraq irəliləməyə cəhd edib və xəbərdarlıq atəşi ilə qarşılaşaraq mövqelərinə geri qayıdıb.

Habelə Bəşər Əsəd qüvvələri İŞİD-in əsas bazalarından olan Akerbat şəhərini ələ keçirmək üzrədir. Bu şəhərdə yeraltı tunellər və bunkerlər şəbəkəsi var, bildirilir ki, terrorçular həmin yeraltı bunkerlərdə silah-sursat, yanacaq, ərzaq və digər ehtiyatlar cəmləşdiriblər. Əgər şəhər ələ keçirilsə İŞİD-in əsas təchizat kanallarından biri kəsiləcək.

Gazeta.ru qeyd edir ki, Suriyada baş verənlər haqda danışanda hökumət qüvvələrinin Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə irəlilədiyi, bu və ya digər yaşayış məntəqəsini azad etdiyi haqda danışılır. Əslində isə həmin hücum əməliyyatını planlaşdıranlar və ona komandanlıq edənlər Rusiya silahlı qüvvələrinin Baş qərargahı, bilavasitə döyüş əməliyyatı zonasında olan rusiyalı generallar və zabitlərdir.

Belə ki, Deyr-əz-Zor şəhərinin mühasirəsinin yarılmasına general-mayor Rüstəm Muradov komandanlıq edir. Suriyaya ezam edilməzdən əvvəl general Muradov Rusiya ümumqoşun ordu birləşmələrindən birinin qərargah rəisi olub. General Rüstəm Muradovun komandanlıq etdiyi qüvvələr iki həftə ərzində Əs-Suhna şəhərindən Deyr-əz-Zora qədər irəliləyib, İŞİD-in qızğın müqavimətini dəf edib. Sutka ərzində general Muradovun komandanlıq etdiyi birləşmələr 15-20, bəzən 30 kilometr irəliləyiblər.

Şimal istiqamətdən şəhəri general Suheylin dəstələri daxil olduğu deyilsə də əslində həmin istiqamətdə hücum əməliyyatlarına general-mayor Andrey İvanayev komandanlıq edib. Suriyaya ezam edilməzdən əvvəl general İvanayev Rusiya ümumqoşun ordu birləşmələrindən birinin komandan müavini olub. Bildirilir ki, hər iki general Deyr-əz-Zor döyüşlərində parlaq komandanlıq qabiliyyətlərini nümayiş etdiriblər. Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanı general Segey Surovkinin rəhbərliyi altında generallar Muradov və İvanayev şəhərin mühasirədən azad edilməsi əməliyyatını işləyib hazırlayıblar.

Muradov və İvanayev hücum əməliyyatlarına nəinki öz komanda məntəqələrindən rəhbərlik ediblər, eyni zamanda şəxsən döyüş əməliyyatlarına qatılaraq tabeçiliklərində olanlara şəxsi nümunə göstəriblər. Bildirilir ki, Suriyada bütün digər qalan istiqamətlərdə də hücum əməliyyatlarına Rusiya generalları komandanlıq edir. Suriya ordusunun hər batalyonunda Rusiya zabiti var. Məhz bu amil Suriya hərbi əməliyyatlar teatrında vəziyyəti Əsədin xeyrinə dəyişməyə imkan verib.

Rüstəm Muradov Rusiya ordusunun kifayət qədər məşhur generalıdır, Dağıstanda anadan olub. Hər iki Çeçenistan hərbi kampaniyasında iştirak edib, çoxsaylı orden-medallarla təltif olunub. 36-cı əlahiddə motoatıcı briqadasının komandanı, Yelansk təlim mərkəzinin rəisi kimi hərbi vəzifələrdə işləyib. General Muradov Donbasda gedən hərbi əməliyyatlar zamanı atəşkəsə əməl edilməsinə nəzarət edən monitorinq qrupunun Rusiya tərəfdən üzvü idi və dəfələrlə hərbi əməliyyatlar zonasında olub. Belə monitorinqlərdən biri zamanı generalın olduğu qrup atəş altına düşüb, ancaq xəsarət alan olmayıb. Əslində isə Ukrayna kəşfiyyatının məlumatlarına görə general Muradov Donbassda separatçıların qüvvələrinə komandanlıq edirdi, daha sonra onun adı ATƏT-in monitorinq qrupunun tərkibinə daxil edilib. Donbass əməliyyatlarından sonra general Muradov Rusiya ordusunun Şərq hərbi dairəsinin qərargah rəisi təyin edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

12 Şərh:

  • Anonim
    HM · 13 Sentyabr 17:3926

    Fəxr edirəm.

    Cavab yaz
    • Anonim
      Mahir · 13 Sentyabr 19:0176

      Çeçensiz?

      Cavab yaz
  • Anonim
    Mahir · 13 Sentyabr 19:0380

    Daha nə oldu ey?İraq ərazisini İranlı generallar azad etsin,Suriyanı Rusiyalı generallar azad etsin.Bəs bu ərəblərdə bir sərkərdə olmadı?

    Cavab yaz
    • Anonim
      PRiNS · 13 Sentyabr 20:1779

      Erebleri deyirsizse Erebler varlı iken exlaqsız Dubaylı, yoxsul iken çeyirtke yeyen bedevi, silahlı iken terrorçu, evlenerken sürü,evlenmezken deli, qonaq gederken alemi murdar edendirler. Ne serkerde?!!

      Cavab yaz
      • Anonim
        prinse · 13 Sentyabr 22:1333

        Eyni sözlәri farslar haqqında da demәk olar. Dünyada ilk homoseksuallar farslar olub.

        Cavab yaz
      • Anonim
        vvv · 13 Sentyabr 22:2233

        Әrәblәr 7 ci әsrdә Daranın imperiyasını bir hәftәyә baş göz elәdilәr. Vә o vaxtdan farsların dönәrhәsi döndü. Sonra 9 cu әsrdәn türk babalarımızın әsarәtindә yaşayıb bir dә 1925 dә İngilislәrin kömәyi ilә dövlәtә rәhbәrlik qismәt oldu onlara. Ereb onlara baxanda şükürlüdür

        Cavab yaz
        • Anonim
          PRiNS · 13 Sentyabr 23:3232

          Men anormal ve delixanalıq insanlara cavab yazmıram,bağışlayın.

          Cavab yaz
        • Anonim
          Mahir · 13 Sentyabr 23:4765

          Ehey çaşma dünyada bütün ilklər bizə məxsusdur.Fars kimdir?İlk homoseksuallar da biz türklər olmuşuq.Həmdə ən yaxşıları

          Cavab yaz
        • Anonim
          Mahir · 13 Sentyabr 23:5066

          Sən düz demirsən axı 7-ci əsrdə Dara olmuyuf.Sasanilər oluflar olarda 25 il dayanmadan Bizans,Xəzər və Göytürklərlə vuruşublar.Hər üçünü helə təzəcə məğlub ediblərmişki ərəplər gəlif.Ona qədərdə gücdən düşüblər.Ərəplər 20 il vuruşuf İranı tutuflar

          Cavab yaz
  • Anonim
    PRiNS · 13 Sentyabr 20:2199

    HM, bes siz General Muradovla ne menada fexr edirsiz? O Azerbaycanlı deyil ve ümumiyyetle Rusiya generalıdır.Özü Dağıstanlıdır.

    Cavab yaz
    • Anonim
      nm · 13 Sentyabr 22:1781

      Dagıstan azәrbaycanlısıdır. Dagıstanda Dәrbәnd şәhәri qәdim Azәrbaycan şәhәridir vә orada böyük azәrbaycanlı icması var. Dagıstanın әn qәdim mәscidi Cümә mәscidi vә әn qәdim qәbirstanlığl olan Qırxlar qәbirstanlığı da biz azәrbaycanlılara aiddir.

      Cavab yaz
      • Anonim
        PRiNS · 13 Sentyabr 23:3454

        Dağıstan azerbaycanlısı deyil,Lezgidir. Men Derbendin kimlere mexsus olduğunu çox yaxşı bilirem

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.