Dünya

Almaniyada reyslər yenə təxirə salınır - Pilotlar "xəstədir"

13 Sentyabr 2017 15:33
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada ötən ay müflisləşdiyini elan etmiş "Air Berlin" aviaşirkəti pilotların kütləvi xəstəliyi ilə əlaqədar 32 reysini təxirə salıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən gündən başlayaraq aviaşirkətdə çalışan pilotalar xəstə olduqlarını bildirərək işə çıxmayıblar.

Qeyd edək ki, dünən 200-ə yaxın pilot işə çıxmadığına görə 110-dan çox reys təxirə salınmışdı.

Hazırda 150 pilotun xəstə olduğunu bildirməsi barədə məlumat verilir.

Pilotların bu addımı tətil kimi də dəyərləndirilir.

Xatırladaq ki, ötən ay "Air Berlin" müflisləşmə prosedurunu işə salmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.