Dünya

Ermənistan ordusunda homoseksuallıq - Daha bir fakt

13 Sentyabr 2017 13:20
5 Şərh     Baxış: 2 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan müdafiə nazirliyinin hərbi hissələrinin birində baş verən ölüm hadisəsinin materialları məhkəməyə göndərilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, ittihama görə ön xətt mövqelərində xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq digər erməni əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb.

Belə ki, atəş mövqeyində yatan Qevorq Asoyana qarşı təhqiramiz hərəkətlər edən Melikyan sonuncu dəfə ondan bacısının mobil telefon nömrəsini verməyi tələb edib. Ancaq zərərçəkən əsgər Qevorq Asoyan başqa nömrə verib. Buna görə də Melikyan ona qarşı alçaldıcı hərəkətlərini davam etdirib, cinsi istismara məruz qoyub. 

Bundan sonra əsgər Asoyan ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib.

Araşdırma zamanı məlum olub ki, hadisədən bir gün əvvəl başqa bir əsgərdə onu döyüb. Ölüm hadisəsi 1 aprel 2016-cı il saat 09:00 radələrində döyüş mövqeyində baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.