Dünya

Güneyli soydaşımızdan möhtəşəm şeir - "YAXŞI YOL!"

12 Sentyabr 2017 19:18
35 Şərh     Baxış: 2 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güney azərbaycanlı, dünyaca məşhur İran ədəbiyyatşünası Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də gözəl şeirlər müəllifi kimi tanınır. Onun "Yaxşı yol!" adlı kiçik həcmli şeiri ölkəsində xüsusi populyarlıq qazanıb, müxtəlif dillərə tərcümə olunub, mətninə mahnılar bəstələnib.

Milli.Az birlik.az-a istinadən həmin şeirin şair-tədqiqatçı Heydər Bayat tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş variantını oxuculara təqdim edirik:  

- Haraya, de, tələsirsən? -

Küləkdən soruşdu gəvən.

- Ürəyim sıxıldı burda.

Həvəsin yoxmu çıxasan

Bu çölün tozanağından?!

- Həvəsəm başdan-ayağa,

Ayağım bağlıdır amma!

Haraya, de, tələsirsən?

- Hara olsa-olsun, ancaq

Bura olmasın, yoruldum.

- Sənə yaxşı yol, uğurlar!

Dəhşət ilə dolu çöldən

Salamat sovuşsan, ey dost,

Yağışa salam de məndən,

Çiçəyə salam de məndən!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.