Dünya

Minlərlə insan küçələrə axışdı: böyük Kataloniya nümayişi - FOTO

12 Sentyabr 2017 14:27
0 Şərh     Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Barselona şəhərində minlərlə insan Kataloniyanın milli bayramı olan Diada günündə müstəqillik nümayişinə çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 1714-cü ildə baş verən Varislik Müharibəsində Barselonanın ispanlar tərəfindən fəth edilməsi və bölgənin müstəqilliyini itirməsi katalonlar tərəfindən Diada adı altında milli gün kimi qeyd edilir.

Madrid hökumətinin qadağan etdiyi müstəqillik referendumundan 3 həftə öncə Barselonada yığışan katalonlar tarixi hadisəyə işarə etmək üçün yerli vaxtla 17:14-də nümayişə başlayıblar.

İspaniyanın iqtisadi problemləri, ölkənin şimal-şərqindəki əyalətdə yaşayan 7.5 milyonluq Katalon nüfuzunun daha varlı olduğu və daha çox vergi ödədiyi qənaəti Madrid hökumətindən ayrılmaq fikrini gündəmə gətirmişdi.

Belçika böyüklüyündə bir əyalət olan Kataloniyanın öz dili və mədəniyyəti var. Yerli rəhbərlik təhsil və səhiyyə kimi önəmli mövzularda mərkəzi hökumətdən nəzərəçarpacaq dərəcədə fərqli siyasət yeridir.

Madrid hökuməti isə 1 oktyabr üçün planlaşdırılan referendumun konsitutsiyaya zidd olduğunu bildirir. İspaniyalı hakimlər Katalon rəhbərlərinə referendum və müstəqillik tələbi ilə bağlı məhkəmə işi açıb, referendum haqqında xəbərlər dərc edən mətbəələr isə polisin hücumuna məruz qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.