Dünya

Neftin nə bahalaşması, nə də ucuzlaşması üçün əsas yoxdur

11 Sentyabr 2017 14:08
0 Şərh     Baxış: 2 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər neftin dünya bazar qiymətlərində bahalaşmaya meyl müşahidə edilir. Düzdür, zaman-zaman bu, özünü göstərib. Lakin üzü soyuqlu havalara getdiyindən neftin bu arada bahalaşmaya meyl göstərməsi diqqəti cəlb edir. Amma neftin bahalaşması üçün heç bir ciddi əsaslar yoxdur. Eyni zamanda, ucuzlaşma üçün də bunu demək olar. Artıq xeyli müddətdir vəziyyət stabil xarakter daşıyır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun fikrincə, neftin hazırkı dünya bazar qiymətləri bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır:

"Əlbəttə ki, bir çox ölkələr istəyərlər ki, qiymətlər 70 ABŞ dollarının üstündə olsun. Ancaq bu, yaxın perespektivdə deyil. Heç orta perespektivdə də güman edilmir. Sözün qısası, neftin dünya bazar qiymətləri üçün elə ən optimal rəqəm 50 dolların üstüdür".

Neftin qiymətinin aradabir 60 dollara yaxınlaşma meyillərinin özünü göstərməsinə gəlincə, ekspert hesab edir ki, bu, ABŞ dollarının kursu kimi amillərə bağlıdır: "Bəlli olduğu kimi, ABŞ valyutası möhkəmləndikdə neft ucuzlaşır, dəyərdən düşdükdə isə bahalaşır. Məsələ bundadır ki, Amerika valyutası bu il möhkəmlənməyi dayandırıb. Baxmayaraq ki, ABŞ mərkəzi bankı tərəfindən cari il ərzində üst-üstə 2 dəfə faiz artımına gedildi, amma dollar möhkəmlənmədi. Əksinə, Amerika milli valyutası bu gün də dəyərsizləşir. Neft də ona görə bahalaşmağa meyl göstərir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.