Dünya

Saakaşvili yüzlərlə tərəfdarı ilə Ukraynaya girdi - Sərhəddə dava düşdü - VİDEO - FOTO

11 Sentyabr 2017 11:05
0 Şərh     Baxış: 3 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya daxil olub. 

Milli.Az baki.ws-ə istinadən xəbər verir ki, Saakaşvili yüzlərlə dəstəkçisinin köməkliyi ilə Ukraynaya daxil ola bilib. 

Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib. 

"Bizi süpürərək Ukraynaya apardılar", - deyə eks-prezident qeyd edib. 

Ukrayna rəsmiləri onun sərhədi qanunsuz keçdiyini və 16 sərhədçi və milli mühafizə xidməti əməkdaşının yaralandığını bildirib. 

Məlumata görə, sərhədçilərlə Saakaşvilinin dəstəkçiləri arasında əlbəyaxa qarşıdurma baş verib. 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib. 

Gürcüstanda onun barəsində cinayət işi açılıb, hərçənd o, həmin ittihamları siyasi motivli adlandırıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Saakaşvili yüzlərlə tərəfdarı ilə Ukraynaya girdi: Sərhəddə dava düşdü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.