Dünya

Kiyevdə avtomobilin partlaması nəticəsində Gürcüstan vətəndaşı ölüb

8 Sentyabr 2017 22:26
0 Şərh     Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Gürcüstan vətəndaşı ölüb.

"Partlayışa səbəb avtomobilə yerləşdirilmiş partlayıcı qurğu olub. Hadisə nəticəsində ölən kriminal aləmdə yaxşı tanınan Gürcüstan vətəndaşı, 41 yaşlı Timur Maxaurudir. Partlayış zamanı avtomobildə qadın və uşaq olub. Qadın yaralanıb, uşaq isə xəsarət almayıb", deyə Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko bildirib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.