Dünya

Əfqanıstanda baş verən terror aktı zamanı 3 Gürcüstan hərbçisi yaralanıb

6 Sentyabr 2017 23:45
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda, ABŞ-ın "Baqram" hərbi bazasına hücum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
 
"Hazırda leytenant İveri Buadze əməliyyat olunur", nazirlikdən bildirilib.
 
Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.