Dünya

ABŞ təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan olundu

5 Sentyabr 2017 19:10
4 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ aviasiyasına, o cümlədən sərnişin təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın hava hücumundan müdafiə bazasının komandanı, general Əmir Fərzad İsmaili bəyan edib.

O deyib ki, İran ikili standartlar nümayiş etdirə bilməz. "Biz bəyan edirik ki, ABŞ özündənrazı dövlətdir, ona görə də biz ABŞ aviasiyasına, o cümlədən sərnişin daşımaları üçün İran hava məkanına daxil olmasına icazə verə bilmərik. Çünki İran ABŞ hökumətinin siyasətinə qarşıdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.