Dünya

Ailə üzvlərini öldürərək intihar etdi - Tehranda faciə

5 Sentyabr 2017 12:31
0 Şərh     Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran paytaxtında ağır cinayət törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Bunun ardınca isə bıçaqla öz boğazını kəsərək intihar edib.
 
Hadisə qatilin həyat yoldaşının ailə üzvləri onların evinə gəldikdə aşkarlanıb. Qapını döymələrinə baxmayaraq, açılmadığını görən ailə üzvləri polisə müraciət ediblər. Hadisə yerinə gələn polis içəridə 3 nəfərin cəsədini aşkarlayıb.
 
Cinayətin ailədaxili münaqişədən qaynaqlandığı bildirilib. Polis təhqiqat aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.