Dünya

Ermənistan ordusunda özbaşınalıq və “dedovşina” qorxulu kabusa çevrilib

31 Avqust 2017 13:09
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusu zabitlərinin özbaşınalığı və "dedovşina" əsgər valideynlərinin qorxulu kabusuna çevrilib.

Milli.Az xəbər verir ki, bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yerərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar. Son günlər bir-birinin ardınca baş verən hadisələr və hər dəfə də 2-3 ermənistanlı əsgərin xəsarət alması hərbi qulluqçuların valideyinlərinin böyük narahatlığına səbəb olub.

Avqustun 29-da işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətində yerləşən bölmələrindən birində daha 3 sıravi əsgər komandirləri tərəfindən vəhşicəsinə döyülərək şəxsi heyət qarşısında təhqirlərə məruz qalıb. Ac, susuz, həm də günəş altında qazıntı işləri aparmaqdan imtina edən Harut Martirosyan, Levon Xaçaturyan, Eduard Bağdanyan komandirləri tərəfindən döyülüblər.

Həmçinin sosial şəbəkələrdə yayılan paylaşmalardan bəlli olub ki, işğalçı Ermənistan ordusunun Xocavənddə yerləşən digər hərbi hissəsinin 2-ci alayında komandirin texniki hissə üzrə müavini alay üzrə cavabdeh qaldığı zaman dostları ilə keyf məclisi qurub. Sonradan o, sərxoş vəziyyətdə bölüyə gəlib və şəxsi heyətə qarşı qanunazidd hərəkətlərə yol verib. Buna dözməyən müqavilə əsasında xidmət keçən 2 hərbi qulluqçu bölməni tərk edib və səhər qayıtdıqdan sonra hadisə barədə alay komandirinə şikayət ediblər. avabdeh olduğu müddətdə vəzifə səlahiyətlərini aşan həmin zabit 5 sutka müddətinə həbs edilərək haupvaxta göndərilib.

Zabit Əsgərov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.