Dünya

10 generalın rütbəsi əlindən alındı - Türkiyədə

25 Avqust 2017 09:52
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusunun Hərbi Hava Qüvvələrinin 10 generalı rütbədən məhrum edilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı qərar "Resmi Gazete"də dərc olunub. 
İnformasiyaya görə, Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində xidmət edən həmin generallar bir müddət əvvəl öz istəkləri əsasında ərizə yazaraq istefa veriblər.
Yeni yayımlanan qanun hökmündə qərara əsasən isə onlar terror qruplaşmasına, yaxud milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən qruplara üzv olduqlarına və ya onlarla əməkdaşlıq etdiklərinə görə rütbələri alınıb və təqaüdçü vəsiqələri ləğv edilib.

Həmin qərarda bildirilib ki, onların bütün vəzifələrdə səlahiyyətləri bitmiş sayılır. Sənədə əsasən, zabitlərin şəxsi silah gəzdirmək üçün icazələri, pilot vəsiqələri, pasportları ləğv edilib. Qərar görə, generallar xüsusi təhlükəsizlik şirkətlərinin qurucusu, ortağı və oranın işçisi ola bilməz. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.