Dünya

Roberto Karlos HƏBS OLUNDU

24 Avqust 2017 11:05
1 Şərh     Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid" və Braziliya millisinin əfsanə futbolçusu Roberto Karlos nikahdankənar doğulan uşaqlarından birinə təxminən 35 min manata çatan alimenti ödəmədiyi üçün azadlıqdan məhrum edilib.

Milli.Az "UOL Esporte"-yə istinadən xəbər verir ki, futbolçu karyerası dövründə milyonlar qazanan məşhur futbolçu iqtisadi çətinlik yaşadığını bildirərək borcunu kreditlə ödəməyi təklif edib. İddiaya baxan qadın hakim futbolçunun təklifini inandırıcı hesab etməyərək Roberto Karlosa 3 ay həbs cəzası verib.

Karlos borcunu ödədiyi təqdirdə cəza müddəti azalacaq.

Qeyd edək ki, Roberto Karlosun doqquz uşağı var. Üç uşağı ilk evliliyindən, ikisi indiki arvadı Mariani Lukkonandan, dörd uşağı isə nikahdankənar doğulub.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.